MKİ direktörü Ankaraya gəlib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktörü Uilyam Börns Rusiya ilə danışıqlar üçün Ankaradadır…

PİA.az xəbər verir ki, bu barədə məlumatı Reuters Ağ Evdəki mənbəyə əsasən yayıb.

Agentlyin yaydığı xəbərdə bildirilir ki, Börn Ankaradadır və o, Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Sergey Narışkinlə danışıqlar aparacaq.

Qeyd edək ki, bu gün günorta saatlarında Rusiyanın “Kommersant” qəzeti Sergey Narışkinin ABŞ nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün Ankaraya getdiyini yazmışdı.

Danışıqların predmeti və məzmunu barədə məlumat verilmir.

pia.a