Senatdan Maks İlona təhdid...

ABŞ Senatından SpaceX, Tesla və Twitter-in sahibi İlon Maska xəbərdarlıq edilib…

PİA.az xəbər verir ki, demokrat-senator Ed Marki amerikalı iş adamı İlon Maska qarşı iddilar irəli sürüb.

“Öz şirkətlərinizdə qaydalara əməl edin. Yoxsa bunu Konqes edəcək”, deyə senator öz Twitter səhifəsində yazıb.

Ed Marki bundan əvvəl İlon Maskı Twitter-dəki saxta səhifələrə görə də ittiham etmişdi. Belə ki, Washington Post qəzetinin müxbiri Markinin adına saxta səhifə açaraq Twitter-dən qeydiyyatdan keçmişdi və buna görə izahat tələb edən senatora Mask ironiya ilə cavab vermişdi: “Markinin real akkauntu parodiya kimi görünür” deyə biznesmen öz Twitter səhifəsində yazmışdı.

pia.az