Moldova - Azərbaycan oyununu ukraynalı hakimlər idarə edəcək  

Noyabrın 16-da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq...

Moldova və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri bəlli olub.

"Report" Moldova Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Denis Şurmana Aleksandr Jukov və Viktor Nijnik köməklik göstərəcək. Dördüncü hakim funksiyasını moldovalı Roman Jitari yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 16-da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

pia.az