Pakistan-Əfqanıstan sərhədində atışma: Ölən və yaralılar var

Bildirilib ki, Pakistan sərhədçilərinə hücumu taliblərin geyimində olan naməlum terrorçular həyata keçirib..

Əfqanıstanla sərhəddəki “Spin-Boldak-Çaman” keçid məntəqəsi ərazisində baş verən atışma nəticəsində Pakistan Sərhəd Korpusunun bir əsgəri həlak olub, daha ikisi yaralanıb. 

Əfqanıstan təhlükəsizlik qüvvələrinin nəzarət-buraxılış məntəqəsində vəzifəsini yerinə yetirən pakistanlı sərhədçilərə atəş açdığı iddia edilir. Əfqanıstan tərəfinin itkiləri barədə məlumat verilmir. 

Pakistan hakimiyyəti nəzarət-buraxılış məntəqəsinin işini dayandırıb və Əfqanıstanın hadisəni törədənləri ekstradisiya etməsinə qədər onu bərpa etməyi planlaşdırmır. 

Kabil tərəfindən bildirilib ki, Pakistan sərhədçilərinə hücumu taliblərin geyimində olan naməlum terrorçular həyata keçirib.

pia.az