Xorvatiyalı müdafiəçi dopinqə görə futboldan kənarlaşdırılıb

Almaniya Futbol Assosiasiyasının (DFB) Nəzarət Komitəsi "Hamburq"un müdafiəçisi Mario Vuşkoviçi müvəqqəti olaraq futboldan kənarlaşdırıb...

Qurumun rəsmi saytı xəbər verir ki, buna antidopinq qaydalarını pozmaqda şübhəli bilinən xorvatiyalı oyunçu ilə bağlı araşdırmaların başlaması səbəb olub.

Almaniya Milli Antidopinq Agentliyinin (NADA) 21 yaşlı futbolçudan götürdüyü qan nümunəsində eritropoetin aşkarlanıb.

DFB-nin İdman məhkəməsi növbəti addımlar barədə gələn həftənin əvvəlində qərar verəcək.

Qeyd edək ki, Mario Vuşkoviç bu ilin iyulundan "Hamburq"da çıxış edir.

pia.az