İran saytı əhalini sakitləşdirib: Azərbaycan bizə hücum etməyəcək, qorxmayın…

Analitik nəşrin iddiasına görə İranda yaşayan azərbaycanlıların təşvişə düşməsi üçün də əsas yoxdur…

PİA.az xəbər verir ki, belə bir analitik məqalə ilə İranın Namehnews saytı çıxış edib.

Saytın iddiasına görə İranda yaşayan azərbaycanlıllar narahat olmamalıdırlar. Çünki İran Azərbaycana hücum etməyəcək. Eyni zamanda İran əhalisi də Azərbaycanın İrana hücumundan qorxmamalıdır. Çünki Azərbaycan ordusu İran ordusundan zəifdir.

Sayt hətta Azərbaycan və İranın silahlı qüvvələrini br çox parametrlərdə müqayisə edib. Saytın yaydığı məlumata görə:

- Azərbaycan ordusunda 126 min şəxsi heyət qulluq edir, İran ordusunda isə 610 min; - Azərbaycan ordusu 940 tanka malikdir, İran isə 2842; - Azərbaycan ordusunun 2343 zirehli maşını var, İranın isə 3555; - Azərbaycan ordusunun 909 daşınan artileriya qurğusu var, İranın isə 4837; - Özü yeriyən top qurğuları Azərbaycanda 267 ədədirsə, İranda bu rəqəm 1030-dir; - Azərbaycan ordusu 323 raketə malikdirsə, İranın 1755 raketi var.

Bütün bu müqayisədən sonra sayt yazır ki, İranın silahlə qüvvələri daha böyükdür və daha keyfiyyətli silahlarla silahlanıb. Buna görə də Azərbaycan İrana hücum etməyə cəsarət edə bilməz: “İslam Respublikası isə özünün etnik azərbaycanlı vətəndaşlarında təşviş və həyəcan hissi yaradaraq qonşu ölkəyə hücum etməz”.

P.S. Azərbaycan və İran ordularının hansı müasir silahlara sahib olması sərhəddəki təlimlərdə ortaya çıxdı və Ukrayna müharibəsi də göstərdi ki, çox saylı orduya və texnikaya sahib olmaq heç də qələbəni təmin etmir. Qələbəni təmin edən əsas amil ordunun hazırlığı və müasir silahla silahlanmasından asılıdır.

pia.az