Zaqatalada tütün zavodu yanıb

Zaqatalada tütün zavodunda yanğın hadisəsi olub...

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, yangın rayonun Yuxarı Tala kəndi ərazisində yerləşən "Agro İndustry" MMC şirkətinə məxsus Tütünqurutma Zavodunda baş verib. Yanğın yerinə FHN-in Zaqatala rayon DYMH-nin yanğınsöndürən maşınları və şəxsi heyyəti cəlb olunub. Yanğının qarşısı alınıb.

Yanğın zamanı qurutma kamerasında olan içərisində xurma ilə dolu 400 ədəd yeşikdən 100-ü yanıb, 300-ü isə yararsız hala düşüb.

Yanğın zamanı xəsarət alan olmayıb.Yanğının baş vermə səbəbi araşdırılır.

pia.az