Şarl Mişel: “Aİ və ASEAN arasında daha sıx əməkdaşlıq üçün addımlar atılır”

Avropa İttifaqı Cənub-Şərqi Asiya ölkələri liderlərinin zirvə toplantısı çərçivəsində ASEAN ölkələri ilə daha sıx əməkdaşlıq istiqamətində tarixi addımlar atır...

PİA.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Twitter-da qeyd edib.

"Məni Pnompendə Şərqi Asiya sammitində çıxışa dəvət etdiyinə görə Baş nazir Hun Senə təşəkkür edirəm. Biz Kamboca və bütövlükdə regionla əlaqələri yaxşılaşdırmaq üçün çox çalışırıq", - Mişel bildirib.

Qeyd edək ki, ASEAN liderlərinin sammiti 8-13 noyabr 2022-ci il tarixlərində Pnompendə “Problemləri birlikdə həll edin” devizi altında keçirilir.

pia.az