Aqşin Fateh: "Rəşad Dağlının yerində olsaydım, mən də..." - Video

“Sosial şəbəkələrdə bir-iki məqalə oxudum, artıq şərhlər yazırlar. Rəşad qardaşımızın ailəsinə və övladı Yusifə səslənirəm. Siz elə bilməyin ki, təksiniz. Biz əmiləriniz, dayılarınız yaxşı günlərdə, xoş gününüzdə yanınızda olduğumuz kimi çətin günlərdə də yanınızdayıq”...

PİA.az xəbər verir ki, bu sözləri meyxanaçı Aqşin Fateh "Xəzər axşamı" verilişində deyib.

O, sözünə belə davam edib: "Rəşad tezliklə azadlığa çıxacaq. Mən buna inanıram. Bir insanın hər şeyinə, malına toxuna bilərsən, amma meyxanaçının şərəfinə, ləyaqətinə, namusuna söz olaraq da toxunsan olmaz. Onu qınayan adamlar var ki, gərək belə etməzdi. Biz söz adamlarıyıq və ruzimizi sözlə qazanırıq. Bizi sözlə əzmək olmaz. Meyxanaçıya, şairə, sözlə dolanan adama ağır sözlər demək olmaz. Bəlkə də mən Rəşad Dağlının yerində olsam özümü idarə edə bilməzdim".

Qeyd edək ki, Rəşad Dağlı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi bıçaqla qətlə yetirib.

pia.az