Göygöl sakini özünü bıçaqlayıb

Daşkəsəndə bıçaqlanma olub...

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xoşbulaq kəndində qeydə alınıb. Göygöl rayonunun Qızılca kənd sakini, 1964-cü il təvəllüdlü Xaləddin İbrahimov üç bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib və dərhal əməliyyat edilib.

Məlumata görə, X.İbrahimov özü-özünə xəsarət yetirib. Hadisənin başvermə səbəbləri araşdırılır.

pia.az