Putinin “referendum” feyki - Xerson evakuasiya olunmayıb, şəhərdə 80-100 min insan var…

Putinin ay yarım əvvəl Xersonda keçirdiyi “referendum”un biabırçı mənzərəsi dünən ortaya çıxdı…

Rusiyanın Xerson şəhərinin sakinlərini məcburi şəkildə evakuasiya etməsinə baxmayaraq, şəhər əhalisinin böyük əksəriyyəti ruslarla getməyib və Xersonda qalaraq Ukrayna ordusunu gözləyib. Vilayətin digər şəhər və qəsəbələrində də əhali Rusiyaya və Krıma getmyib.

PİA.az xəbər verir ki, bu barədə məlumat verən Rusiya mətbuatı qeyd edir ki, şəhər əhalisi hətta Anapada yaşamaqdan belə imtina ediblər.

Qeyd edək ki, dünən Ukrayna ordusu rusların tərk etdiyi Xerson şəhərinə daxil olub. Şəhər sakinləri Ukrayna ordusunu böyük coşqu qarşılayıblar.

Rusiya mətbuatı bu coşqu fonunda bir müddət əvvəl Xersonda “baş tutan referendumdan” da bəhs edirlər. Məsələ ondadır ki, Xerson əhalisinin ağırlıqlı əksəriyyəinin evakuasiyadan imtina etməsi və Ukrayna ordusunu böyük coşqu ilə qarşılaması bu “referendum”un sadəcə feyk olduğunu ortaya qoymaqdadır.

Həmin “referendum”un nəticələrinə görə isə Xerson vilayəti əhalisinin 87,05%-i vilayətin Rusiyaya birləşdirilməsinə səs vermişdi. Dünəki görüntülər isə bu “referendum”un nə qədər yüksək səviyyədə saxta olduğunu ortaya qoydu.

Rusiya Teleqram kanalları yazır ki, kuratorlar Putinin masasına saxta raportlar qoyaraq Xersonun və digər 3 vilayətin əhalisinin Rusiyaya birləşmək istəməsi ilə bağlı yanlış təsəvvür yaradıblar. Lakin Putinin davranışlarından çıxış edərsək, deyə bilərik ki, Rusiya prezidenti mövcud vəziyyəti kuratorlardan heç də az bilməyib…

pia.az