Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi: YUNESKO hələ Qarabağa gəlməyib...

Vətən Müharibəsi başa çatdıqdan sonra Azərbaycan beynəlxalq təşkilatları Qarabağa dəvət etsə də, bəziləri, o cümlədən YUNESKO hələ də gəlməyib...

PİA.az xəbər verir ki, Azərbaycan prezidentinin işğaldan azad edilmiş ərazilər üzrə xüsusi nümayəndəsi Emin Hüseynov news.ru saytına müsahibəsində bildirib.

“Ermənistanın bütün qanun pozuntuları qeydə alındıqdan sonra Azərbaycanın müvafiq qurumları beynəlxalq məhkəmələrə iddia qaldırıb. Bu proses davam edir. Qeyd etmək lazımdır ki, kifayət qədər yaxşı iş görülüb. Bu kontekstdə qeyd etmək istərdim ki, biz beynəlxalq təşkilatları dəvət etmişik ki, baş verənlərə özləri baxsınlar. Biz onları bir neçə dəfə dəvət etsək də, bəziləri, məsələn, YUNESKO hələ də gəlməyib. Bu, çox çətin prosesdir və bu prosesdə bizim üçün mütərəqqi hərəkət etmək vacibdir”, deyə Hüseynov bildirib.

pia.az