Duqin Putinlə “hesablaşmağa” çağırış etdi - Hər şeyə görə hökmdar cavab verməlidir...

“Rus dünyası”nın ideoloqu Aleksandr Duqin Xersonun tərk edilməsinə görə Putinin cavabdeh olduğunu yazıb...

PİA.az xəbər verir ki, Duqin Xersonun Rusiya tərəfindən Ukraynaya təhvil verilməsini faciə kimi dəyərləndirib və buna görə hakimiyyətin məsuliyyət daşıdığını bildirib. Hər şeydən əvvəl isə Duqinə görə baş verənlərə görə Putin cavab verməlidir:

“Buna görə hakimiyyət məsuliyyt daşıyır. O zaman mütləq hakimiyyətin hansı mənası var. Biz hökmdara mütlq hakimiyyəti ona görə veririk ki, o, bizi - xalqı, dövləti, insanları çətin zamanda xilas eləsin. Əgər o bunun üçün ətrafınıa zibilləri toplasa da, hətta sosial ədalətə tüpürsə belə, əsas odur ki, bizi xilas eləsin. Əgər o, bizi xilas etmirsə?.. Onda onu Frezerdə olduğu kimi “Yağışların çarı”nın taleyi gözləyir”. (Qeyd edək ki, məşhur antropoloq Ceyms Frezerin “Qıızıl budaqlar” kitabında bir Afrika qəbiləsi quraqlıq zamanı yağış yağdıra bilməyən hökmdarı öldürürlər.)

“Rus dünyası”nın ideoloqu hesab edir ki, Xersonun itirilməsi Rusiayanın süqutunun başlanğıcı olduğu kimi, eyni zamanda qiyamət”in də açılan qapısıdır:

“Bu satqınlıq deyil, bu Armeggedona (qiyamətə) doğru atılan addımdır. Bu sivilizasiyanın İblisi olan və qalib gələn Qərbin şərtləri Moskva üçün heç vaxt qəbul edilən ola bilməz. Demək ki, tək yol TNS və SNS-dir. (Taktiki və strateji nüvə silahı). Bu isə son deməkdir”, deyə Duqin vurğulayıb.

pia.az