Şumaxerin əfsanəvi maşını rekord qiymətə satılıb

Əfsanəvi pilotun 2003-cü il yarış avtomobili satılan ən bahalı “Formula 1” avtomobili kimi tarixə düşüb...

“Formula1”in əfsanəvi alman pilotu Mixael Şumaxerin 2003-cü il yarış avtomobili hərracda satılıb.

PİA.az xəbər verir ki, alman pilotun 5 yarışda qalib gəldiyi “Ferrari” 13 milyon 200 min dollara alıcı tapıb.

Şumaxerin 6-cı çempionluğunu qazandığı “Ferrari” indiyə qədər satılan ən bahalı “Formula 1” avtomobili kimi tarixə düşüb.

Qeyd edək ki, bundan əvvəlki rekord qiymət Şumaxerin 2001-ci ildə idarə etdiyi, 2017-ci ildə 7,5 milyon dollara satılan “Ferrari”yə məxsus idi.

pia.az