“Mançester Siti”nin ulduz futbolçu “Qalatasaray”ın radarında

İngiltərə Premyer Liqasında “Mançester Siti”də forma geyinən təcrübəli yarımmüdafiəçi İlkay Gündoğanın qış transfer pəncərəsində “Qalatasaray”a keçidi gözlənilir...

PİA.az fichajes.net-ə istinadən xəbər verir ki, “Mançester Siti”nin yeni müqavilə təklif etmədiyi İlkay Gündoğana yanvarda da komandasından təklif gəlməyəcəyi gözlənilir.

Bu səbəbdən sarı-qırmızılı klubunun idarəçiləri yanvarda ingilis komandasına İlkayla bağlı təklif göndərəcək.

Qeyd edək ki, İlkayın da bu təklifə isti baxa biləcəyi və Türkiyədə oynamaq ehtimalının yüksək olduğu bildirilib.

pia.az