Müharibə xərcləri - Ucuz İran dronları və bahalı Havadan Müdafiə sistemləri…

İran dronlarından istifadə edən Rusiya müharibə xərcəlrini azaldır. Ukraynanın isə İran dronlarına qarşı müharbə xərcləri artır…

Ukraynaya İran dronlarına qarşı mübarizə aparmaq çox bahalıya başa gəlir.

PİA.az xəbər verir ki, hazırda Ukrayna enerji strukturlarına İran dronları ilə zərbə endirən Rusiya maliyyə xərcləri cəhətdən Ukraynanı çətin vəziyyətə salıb. Belə ki, bir “Şahed” dronu Rusiyaya 20 min dollara başa gəldiyi halda Ukrayna həmin dronu vurmaq üçün 400 min dollarlıq raketlərdən istifadə edir.

Kiyev hesab edir ki, Rusiya İrandan 2000-lə 2400 arasında PUA alıb. Bundan başqa Rusiyanın Şahed” tipli ucuz kamikadze dronların istehsalına başlamaq üçün hazırlıq apardığı da bildirilir.

Bu üzdən Ukraynanın müdafiə xərclərinin sürətlə artması qaçınılmaz görünür. Həmçinin Havadan Müdafiə sistemlərinin baha olması yeni müharibı taktikasında da problemlər ortaya çıxarır. Ucuz PUA-lara qarşı bahalı Havadan Müdafiə sistemləri artıq iqtisadi cəhətdən özünü doğrultmur.

pia.az