Putin hakimiyəti təhvil verməyə hazırdır və həyatına təminat verilməsini istəyir...

Putin hakimiyyəti təhvil vermək niyətindədi və o, bu prosesi bu il başlada bilər...

PİA.az xəbər verir ki, belə bir açıqlama ilə Rusiyanın tanınmış politoloqlarından biri, siyasi analitik Valeri Solovey çıxış edib.

Soloveyin fikrincə Putinin Rusiya prezidentliyinə razılaşdırdığı əsas namizəd Dmitri Patruşevdir.

Qeyd edək ki, Dmitri Patruşev Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin oğludur və 45 yaşlı namizəd hazırda Rusiyanın kənd təsərrüfatı naziridir.

“Elə buna görə də AMŞ və Rusiyanın məsləhıtləşmələri Sallivanla Patruşev arasında aparılır. Doğrudur Uşakov xətti də var, amma Patruşev önəmlidir”, deyə siyasi analitik qeyd edib.

Solovey onu da bildirib ki, amerikalıllarla müzakirə olunan məsələlərdə üç müzakirə xətti var: “Onlardan biri sözsüz ki, nüvə müharibəsini önləməkdir. Digəri Ruisya-Ukraynamünaqişəsini necə önləməkdir. Üçüncüsü isə Rusiyada hakimiyyətin ötürülməsidir”, deyə rusiyalı politoloq bildirib.

Solovey hesab edir ki, hakimiyyətin ötürülməsi məsələsində Putin üçün əsas məsələ həyatı üçün təminat almaqdır.

pia.az