BMT rəsmisi: “50-dən çox yoxsul ölkə iflas riski altındadır”

BMT-nin İnkişaf Proqramının rəhbəri Eykim Stayner xəbərdarlıq edib ki, inkişaf etməkdə olan ölkələrin defoltu böyük fəlakətlərə gəririb çıxaracaq və iqlim tədbirlərini gecikdirəcək...

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının rəhbəri xəbərdarlıq edib ki, zəngin dünya təcili yardım təklif etməsə, 50-dən çox yoxsul və inkişaf etməkdə olan ölkə borclarını ödəyə bilməyəcək və faktiki olaraq müflis olmaq riski ilə üzləşəcək.

PİA.az xəbər verir ki, BMT-nin Qlobal İnkişaf Bürosunun rəhbərinin fikrincə, inflyasiya, enerji böhranı və artan faiz dərəcələri getdikcə daha çox ölkələrin defoltla üzləşməsinə şərait yaradır ki, bu da onların əhalisi üçün potensial fəlakətli nəticələrə səbəb olur.

“Hazırda siyahımızda 54 ölkə var ki, onları defolt təhlükəsi gözləyir və əgər biz daha çox şok yaşasaq, faiz dərəcələri, borclanma daha da artacaq, enerji və ərzaq qiymətlərinin bahalaşması demək olar ki, qaçılmaz olacaq. Hazırda görürürük ki, bu ölkələr BMT-yə ödəmə edə bilmirlər. Və bu, gətirdiyi bütün sosial, iqtisadi və siyasi nəticələrlə fəlakətli ssenarilər yaradır. Vvətəndaş iğtişaşlarına qərq olmuş Şri Lankaya baxın”, deyə BMT rəsmisi bilririb.

BMT-nin Cop27 iqlim sammitində çıxış edən Stayner qeyd edib ki, istənilən belə defolt iqlim böhranının həllində əlavə problemlər yaradacaq: "Bu, əlbəttə ki, iqlim dəyişikliyi ilə mübarizəyə]kömək etməyəcək”.

Mənbə: theguardian.com

pia.az