Demokratlar Baydenin ikinci prezidentliyinə qarşı kampaniya başladıb

Berni Sandersə bağlı olan demokrat solcular Co Baydenin 2024-cü ildə ikinci dəfə prezidentliyə namizəd olmasına qarşı kampaniya başladıblar…

PİA.az xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.

“Özü-özlüyündən aydındır ki, 2024-cü ildə Co Bayden Demokrat Partiyasından prezidentliyə namizəd ola bilməz”, deyə “Conun namizədliyini irəli sürməyin” adlı kampaniyanın press-relizində bildirilir.

Kampaniyanın təşkilatçıları hesab edirlər ki, qeyri-populyar Baydenin ikinci dəfə namizəd olması “respublikaçıların qalibiyyətinə yol açan faciəvi səhv olar”.

“Biz risk edə və 2024-cü il seçkilərini uduza bilmərik. Buna görə də Co Baydenin aşağı reytinqi ilə seçkilərə gedə bilmərik”, deyə press-relizdə qeyd olunur.

Fox News qeyd edir ki, kampaniya prezidentliyə namizədlərini ilkin seçkiləri keçiriləcək Nyu-Hempşir şatatında başladılıb.Demokratların içində belə özünə müxalifləri olan Baydenin iki ildən sonra yenidən prezidentlik uğrunda mübarizə aparıb-aparmayacağı isə hələlik məlum deyil.

pia.az