Üçtərəfli Bəyanatın yeni təfsiri - Paşinyan iki il əvvəl imzaladığı kaputilyasiya aktını oxuyubmu?..

Bu gün parlamentdəki çıxışı zamanı Ermənistanın Baş naziri yenə nala-mıxa vurub və iki il əvvəl imzalanan Üçtərəfli Bəyanatı karın könlünə uyğun bir şəkildə təfsir edib…

PİA.az xəbər verir ki, Paşinyan bu gün parlamentdə bir qədər Azərbaycanın və İlham Əliyevin arxasınca qeybət edəndən sonra deyib ki, Üçtərəli Bəyanatda Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti göstərilib və Paşinyana görə bu müddət 3 ildən sonra da avtomatik olaraq daha beş il uzanacaq. Daha sonra Ermənistan lideri Üçtərəfli Bəyanatın təfsirini daha da genişləndirib və “başa düşüləsi hala” gətirib: “Bu o deməkdir ki, Rusiya sülhməramlıları orda Qarabağın erməni əhalisinin bütün narahatlıqları ortadan qalxana qədər qalacaqlar”, deyə Ermənistanın Baş naziri Qarabağdakı separatçılara ürək-dirək verib.

Belə çıxır ki, Paşinyan çox içdiyindən 2 il əvvəl imzaladığı kaputilyasiya aktını heç oxumayıb. Ya da ki, ermənilərin kar könlündəki kimi Üçtərəfli Bəyanatı təfsir etməyə çalışır. Yaxşı olardı ki, Ermənistanın Baş naziri Azərbaycan və Rusiya prezidentləri ilə birlikdə imzaladığı bəyanatı bir də oxusun və olmayan daşları yerindən oynatmağa çalışmasın. Çünki Üçtərəfli Bəyanatın 4-cü maddəsində açıq şəkildə yazılıb ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.

İndi belə çıxır ki, Paşinyan həm özünün, həm də İlham Əliyevin adından erməniləri arxayın salmağa çalışır ki, sülhməramlıların Qrabağda qalma müddətinin bitməsinə 6 ay qalmış Azərrbaycan sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı Rusiya tərəfindən müraciət etməyəcək. Maraqlıdır, görəsən Paşinyan buna özü inanırmı?

Digə tərəfdən isə Qarabağ Azərbaycan ərazisi olduğuna görə, Rusiya sülhməramlılarının çıxması da, orada nə qədər qalması da, Azərbaycanın hüquqi səlahiyyətləri daxilindədir. Buna görə də üç il əvvəldən Paşinyanın erməniləri sakitləşdirməyə cəhd etməsi də mənasızdır. Çünki bütün halalrda Rusiya sülhməramlıları ilə bağlı qərar verəcək tərəf Azərbaycandır və ermənilərin də narahatlılğını ancaq İlham Əliyevin onlara verəcəyi təminat ortadan qaldıra bilər. İlham Əliyev isə onlara Azərbaycan vətəndaşı olaraq bu təminatı verir. Ermənilərin isə düşünüb qərar vermələri üçün hələ bir müddət vaxtları var.

Ermənilərin nə qərar vermələrindən asılı olmayara isə iki il yarımdan sonra Rusiya sülhməramlılarına ehtiyac qalmayacaq.

pia.az