Amazon 1 trilyon dollar dəyər itirən ilk şirkət oldu...

E-ticarət nəhəngi Amazon birjalarda görünməmiş dəyər itkisi yaşayıb. Şirkət 2021-ci ilin iyulundan düz 1 trilyon dollar itirib...

PİA.az ABŞ-ın statista.com saytına istinadən xəbər verir ki, Amazon-un bazar dəyəri keçən ilin yayında 1,88 trilyon dollara çatsa da, hazırda 878 milyard dollara qədər azalıb. Bu, onu 1 trilyon dollar dəyər itirən ilk şirkət edib.Qeyd edək ki, bu azalma təkcə Amazon-da yaşanmır. Keçən ilin sonunda 3 trilyon dolları keçməyə yaxın olan "Apple"ın bazar dəyəri 2,15 trilyon dollara qədər azalıb.

pia.az