Səudiyyə Ərəbistanı və BBC İranın parçalanması üçün birgə çalışır...

Səudiyyə Ərəbistanının və BBC-nin dəstək verdiyi platformada İranın bölünməsi müzakirə edilir...

Səudiyyə Ərəbistanın yaratdığı Iran International platformasında İranın demokratikləşməsi deyil, parçalanması əsas müzakirə obyektinə çevrilib.

PİA.az xəbər verir ki, belə bir məlumat İranın “Tasnim” Agentliyi məlumat yayıb. Noyabrın 7-də Agentlik BBC-nin müxbiri Rəna Rəhimpurun aparıcılıq etdiyi Iran International layihəsində aparılan müazkirələrin audiofaylı yayımlanıb. Platformada 50 gün müddətində 120 müsahibə dərc edilib.

“Tasnim” Agentliyi xəbər verir ki, bu müzakirələrdə İranın demokratikləşməsi deyil, parçalanması müzakirə olunur. Iran International layihəsində ancaq etnik separatçı partiyaların liderləri müzakirəyə qatələr və onlar İranı necə bölüşdürməkdən danışırlar.

Son 50 gündə isə bu platformada 25 milli ictimai xadim müzakirələrə qatılıb və bu layihəyə 120 müsahibə veriblər.

Iran International layihəsində təkcə ayrı-ayrı etnik qrupların nümayəndələrinin çıxışları ilə kifayətlənmir, eyni zamanda İranın milli dövlətlərə bölünməsi layihələri əsas müzakirə obyektidir. Həmçinin “Tasnim” Agentliyi qeyd edir ki, platformada çıxış edən milli liderlər İrandakı etirazların daha da genişlənməsi üçün öz xalqlarına çağırışlar edirlər.

pia.az