Britaniyalı general: “Gerasimov əclaf Putini devirmək barədə düşünməlidir”

Britaniyanın sabiq Baş Qərargah rəisi Riçard Dannat Rusiyanın Xersondan çəkilməsini şərh edib…

PİA.az xəbər verir ki, Britaniyanın sabiq Baş Qərargah rəisi Riçard Dannat Xerson istiqamətində baş verənləri Sky News-a şərh edib.

Dannatın fikrincə Rusiyanın Silahlı Qüvvələrinin Xersondan çıxarılması bütün Ukrayna kampaniyasının həlledici məqamıdır. Dannata görə strateji olaraq ruslar geri addım atır, lakin taktiki baxımdan bu rusların maraqlarına uyğundur.

Dannat hesab edir ki, rusların Xersondan çəkilməsi qoşinları yenidə qruplaşdırmaq, ya da ya ukraynalıları tələyə salmaq üçün hiyləgər bir hiylə ola bilər.

Britaniyanın sabiq Baş Qərargah rəisi hesab edir ki, ruslar üçün vəziyyətdən başqa çıxış yolu da var: “Əgər mən general Gerasimovun yerində olsaydım, bu əclaf Putindən yaxa qurtarmaq üçün Kremldə necə çevriliş etmək barədə düşünərdim”, lord Riçard Dannat qeyd edib.

pia.az