24 il axtarışda olan şəxs saxlanıldı   

QAzərbaycanda 24 il axtarışda olan şəxs saxlanılıb. 

PİA.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində barəsində 1998-ci il yanvar ayının 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə axtarış elan edilmiş Rizvan Həsənov Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. 

Qeyd edək ki, həmin şəxs axtarışdan yayınmaq üçün bu illər ərzində vaxtaşırı olaraq yaşadığı ünvanları dəyişib.

pia.az