Rus ordusunun Xersondan çıxması Putinin ictimai iflasıdır - The New York Times

Rusiya ordusunun nəzarətində olan yeganə vilayət mərkəzindən rus qoşunlarının çıxarılması Putinin alçaldıcı və ağırməğlubiyyətidir...

PİA.az xəbər verir ki, The New York Times Şoyqunun rus ordsunu Xersondan geri çəkmək haqqında verdiyi əmri belə dəyərləndirib.

Qəzet hesab edir ki, Ukraynada sahib olduğu yeganə vilayət mərkəzini tərk etmək Putin üçün alçaldıcı olduğu kimi, həm də ictimai iflas anlamı daşıyır.

Qeyd edək ki, bu gün axşam saatlarında Rusiyanın müdafiə naziri Sergey Şoyqu Xersonun müdafiısində olan qoşunlara şəhəri tərk etməyi və Dneprin sol sahilinə keçməyi əmr edib. Rusiya Müdafiə Naziri bu qərarı Ukraynadakı Rusiya ordu qruplarının komandanı Sergey Surovİkinin məruzəsini dinlədikdən sonra qərar verib.

Xatırladaq ki, Xerson vilayəti bir müddət əvvəl keçirilən psevdoreferendumla Rusiyaya birləşdirilmişdi.

pia.az