İcra başçısı qazilərlə görüşüb - Fotolar

İcra başçısı 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı günündə qazilərlə görüşüb...

9 Noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Yeni Azərbaycan Partiyasının inzibati binasında tərtərli qazilərlə görüşüb, onları şanlı Zəfər və Dövlət Bayrağı günü münasibətilə təbrik edib, müstəqilliyimizin, zəfər dolu günlərimizin rəmzi olan üçrəngli bayrağımızın hər zaman yüksəklərdə dalğalanmasını arzu edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il sərəncamı ilə hər il noyabr ayının 9-nun Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi qeyd edildiyini bildirib. Azərbaycan oğullarının 44 günlük Vətən müharibəsində Azərbaycan bayrağının daha yüksək zirvələrə qaldırdığını, işğaldan azad edilmiş torpaqlarımızda dalğalandırdığını qürur hissi ilə qeyd edən icra başçısı dövlət tərəfindən şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğını da dilə gətirib, Ulu Tanrıdan torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayıb.

Sonra rayon rəhbəri redaktoru olduğu “Tərtərin tarix yazan oğulları” kitabını qazilərə təqdim edib.

Görüşdə iştirak edən qazilər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.

##galery##

pia.az