Azərbaycan həştəqi tviterin dünya trendində 1-ci yerə yüksəlib

2020-ci ilin 8 noyabrında Vətən müharibəsində qələbə münasibətilə bayram tədbirləri təkcə respublikamızda deyil, ölkəmizdən kənarda da keçirilir...

8 noyabr Zəfər Günü ilə əlaqədar çoxsaylı paylaşımlara görə #Azerbaijan həştəqi tviterin dünya trendində 1-ci yerə yüksəlib.

“Report” xəbər verir ki, ikinci yeri #KarabakhisAzerbaijan, üçüncü yeri isə #Shusha həştəqi tamamlayıb.

Qeyd edək ki, 8 noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd edilir. Bununla bağlı sosial şəbəkələrdə çoxsaylı təbrik paylaşımları edilir.

pia.az