Bugünki ay tutulması bəşəriyyətə hansı mesajlar verir?

Hesablamalarımız göstərir ki, Ay tutulmaları təsadüfü baş verməyib, xüsusi bir qanunauyğunluğa tabedir.

Xəbər verildiyi kimi, bu gün – 8 noyabr 2022-ci il tarixdə  Ay tutulması baş verib. Bu tutulmanın Yer əhlinə hansı mesajları verdiyini gəlin birlikdə araşdıraq.

Hesablamalarımız göstərir ki, Ay tutulmaları təsadüfü baş verməyib, xüsusi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluq özünü “Quran” rəmzləri ilə büruzə verir ki, bu da qiyamətin əlamətləri olan tutulmaların ciddi bir nizamla baş verdiyini ortaya qoymaqdadır.

Bu gün baş verən Ay tutulmasında diqqət çəkən məqamlardan biri onun 6585 ədədinə bağlanmasıdır ki, bu da bir astronomik dövrdür. Hansı ki, Astronomiya elmində ona “Saros dövrü” deyilir

“Saros dövrü”  nədir?

Hələ astronomiya elmi yaranmamışdan çox-çox  əvvəllər kahinlər Günəş və Ay tutulmalarını əsrlər boyu qeydə almış və bunların sayı üzərində təhlillər aparmışlar. Uzunmüddətli təhlillərdən sonra müəyyən edilmişdir ki, astronomik hadisələr dövrlərə bölünür və hər dövr 18 il, 11 gün, 8 saatı (və yaxud 6585 sutkanı) əhatə edir.  Sonradan astronomiya elmi bu dövrü “Saros dövrü” adlandırdı.

Bu gün baş verən Ay tutulması da 28.10.2004-cü il tarixli Ay tutulmasının 6585-ci günüdür.(bax: aşağıdakı cədvələ)

pia.az​