Yaponiyada yüz mindən çox toyuq məhv ediləcək

Yaponiyanın şimalındakı Hokkaydo prefekturasının səlahiyyətliləri quş qripi epidemiyası səbəbindən yerli fermada 150 minə yaxın toyuğu məhv edəcəklər.

 Hökumət bölgədə infeksiyanın səbəbini müəyyən etmək üçün tədbirlər keçirməyi planlaşdırır.

Məlumata görə, Yaponiyada bu mövsüm təxminən 1,8 milyon toyuq məhv edilib.

pia.az