DİN-in Vətən Müharibəsində fəaliyyəti - Video

Daim ayıq-sayıq xidmətdə olan polislərimiz işğaldan azad edilən torpaqlarda Azərbaycan qanunlarının keşiyindədir...

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) hərbi qulluqçuları və polis əməkdaşlarının 44 günlük Vətən müharibəsində və postmüharibə dövründə fəaliyyətini özündə əks etdirən videoçarxda qeyd edilib.

Bildirilib ki, videoçarx 8 Noyabr - Zəfər Gününə həsr olunub:

“Tarixdə müharibələr məqsəd və məzmununa görə iki yerə ayrılır: ədalətsiz və ədalətli müharibələr. Başqasının torpağında, sərvətində, dövlətində gözü olanlar həmişə təcavüzkar niyyətlərini həyata keçirmək üçün ədalətsiz müharibələrə başlayıblar. Azərbaycan da müstəqilliyinin ilk illərində mənfur qonşusu tərəfindən müharibəyə cəlb olundu. Bu müharibədə Azərbaycan ədalətli tərəf olduğundan onun oğul və qızları Vətəni düşmən işğalından qorumaq üçün silaha sarıldılar. Həmin dövrdə silaha sarılanların cərgəsində Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları da var idi.

Birinci Qarabağ müharibəsində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə polis və daxili qoşunların hərbi qulluqçuları igidliklə döyüşərək qəhrəmanlıqlar göstərdilər. Amma yağı düşməni müqəddəs torpaqlardan birdəfəlik qovmaq, tarixi ədaləti bərpa etmək, düşmənə sarsıdıcı zərbə vurmaq üçün tarixi zəmin 2020-ci ilin sentyabr ayının 27-də yarandı.

Azərbaycan polisi və daxili qoşunların hərbi qulluqçuları hər bir azərbaycanlının uzun illərdir həsrətində olduğu torpaqlarımızın azad olunması uğrunda başlayan Vətən müharibəsində əsl fədakarlıq nümunəsi göstərdilər. 2020-ci il sentyabr ayının 28-dən ölkə ərazisində hərbi vəziyyət elan edildi. Bundan əlavə, paytaxt Bakı, eləcə də bir neçə iri şəhər və rayonlarda hərbi vəziyyət dövründə komendant saatı elan olundu. Bununla da gərgin iş rejimində xidmət aparan polisin fəaliyyət sahəsi bir qədər də genişləndi.

2020-ci ilin payızını Azərbaycan polisinin imtahan dönəmi də adlandıra bilərik. Belə ki, Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları cəbhədə bir düşmənə qarşı döyüşürdüsə, polis əməkdaşları eyni anda ikinci bir düşmənlə mübarizə aparırdı. Söhbət “COVID-19” virusundan gedir. Gözlə görünməyən bu düşmən hər yerdə idi. Qürurla deyə bilərik ki, bu imtahandan da asayiş keşikçilərimiz üzüağ çıxdılar.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsində Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları vahid komandanlıq altında xüsusi rəşadət və qəhrəmanlıq nümunələri göstərdilər. Bir-birinin ardınca azad olunan rayonlarımıza, kəndlərimizə ilk ayaq basanların, o torpaqlarda bayrağımızı dalğalandıran oğullarımızın arasında Daxili İşlər Nazirliyinin şəxsi heyəti də var idi. Ağır döyüşlərdə onlardan:

1. Mayor- Şıxamir Qaflanov2. Kapitan- Türkay Hüseynli3. Kapitan- Şamil Babayev4. Baş leytenant- Kamran Kazımov5. Baş leytenant- Təhmasib Mustafayev6. Leytenant- Qəzənfər Məmmədov7. Gizir- Faiq Həsənov8. Gizir- Sərxan Abdullayev9. Gizir- Cahid Tağızadə10. Gizir- Mais Səmədov11. Gizir- Vüqar Ələkbərov12. Gizir- Emil İsgəndərov13. Kiçik gizir- Anar Məmmədov14. Baş çavuş- Fərid Hüseynov15. Baş çavuş- Tofiq Həsənov16. Baş çavuş- Tural Abdullayev17. Baş çavuş- Vüqar Cəfərov18. Baş çavuş- Ruslan Qurbanov19. Baş çavuş- Əsgər Əhmədov20. Baş çavuş- Sahib Məmmədov21. Baş çavuş- Surxay Mehdiyev22. Baş çavuş- Ruslan Sadıqov23. Baş çavuş- Elçin Nadirov24. Baş çavuş- Məhəmməd Hüseynov25. Baş çavuş- Vüsal Allahyarov26. Baş çavuş- Seymur Həsənli27. Baş çavuş- Şahlar Məmmədov28. Baş çavuş- Elvin Abbasov29. Baş çavuş- Orxan Babayev30. Baş çavuş- İsmayıl Qəsəbov31. Baş çavuş- Səid Cəfərov32. Baş çavuş- Anar Vəlizadə33. Baş çavuş- Vüqar Əkbərov34. Çavuş- Ramiz Ağayev35. Çavuş- Orxan Ömərov36. Çavuş- Orxan Mirzəyev37. Çavuş- Ceyhun Rzayev38. Çavuş- Cəlil Xeyrullayev39. Çavuş- Sənan Ələsgərzadə40. Çavuş- Emil Fətəliyev41. Çavuş- İbrahim Cəbrayıllı42. Çavuş- Hilal İmanzadə43. Çavuş- Həsən Abdullayev44. Çavuş- Elvin Məmmədov45. Çavuş- Rauf Süleymanov46. Çavuş- Tərlan Eyniyev47. Çavuş- Abbas Şahbazov48. Çavuş- Sabir Əbdürrəhmanlı49. Çavuş- Mirsəfa Mirəşrəfbəyli50. Çavuş- Asif Talıblı51. Çavuş- Afər Orucov52. Çavuş- Cavad İbadov53. Çavuş- Ramazan Vəliyev54. Çavuş- Elsevər Piriyev55. Kiçik çavuş- Mikayıl Mikayılzadə56. Baş əsgər- Kamran Fərəcov57. Baş əsgər- Pərviz Həsənov58. Əsgər- Fərid Seyfullayev59. Əsgər- Nəzir Osmanov60. Əsgər- Cahangir Surxayzadə61. Əsgər- Tural Bayramlı62. Əsgər- Elnur Bağırov63. Əsgər- Ayaz Abasov64. Əsgər- İsmayıl Məmmədov65. Əsgər- Fərid Vəliyev66. Çavuş- Elşən Quluzadə.

Ümumilikdə 66 nəfər şəhid oldu, 346 hərbi qulluqçu yaralandı, dörd nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldü. Vətən müharibəsində qazanılan zəfərdə Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşlarının igidliyi müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib. Ali dövlət mükafatları ilə təltif edilənlər arasında Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları da var idi”.

“Müharibə zamanı və postmüharibə dönəmində Daxili İşlər Nazirliyinin əməkdaşları bütün şəhər və kəndlərimizdə, o cümlədən işğaldan azad edilən ərazilərdə təhlükəsizliyin təmin olunmasında mühüm rol oynamaqdadır.

Bu mühüm məsələnin əsas məsuliyyəti məhz onların üzərinə düşür. Bir sözlə polis və hərbi qulluqçular işğaldan azad edilmiş ərazilərdə öz xidmətlərini yüksək səviyyədə həyata keçirir, təhlükəsizliyimizi möhkəmləndirirlər. Təmkinli, cəsur, daim ayıq-sayıq xidmətdə olan polislərimiz işğaldan azad edilən torpaqlarda Azərbaycan qanunlarının keşiyindədir. 30 ilə yaxın düşmən tapdağında olan torpaqları azad etmək hər bir azərbaycanlının ən vacib arzusu və diləyi idi.

Sevindirici haldır ki, artıq həmin şəhər və rayonlarımızda polis əməkdaşları illərdir həsrətində olduqları ərazilərdə xidmət aparırlar. Bu gün əsasən məqsədlərindən biri vətəndaş məmnunluğunu təmin etmək olan Azərbaycan polisi cəmiyyətin hər bir üzvünün güvən yeri, əminliklə kürəyini söykədiyi bir dayaqdır. Azərbaycan polisi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkənin tərəqqisinə, inkişafına layiqli töhfələr vermək üçün bu gün də yorulmadan, ayıq-sayıq dövlətə və dövlətçiliyə xidmət edir”, - videoçarxda bildirilib.

##galery##

pia.az