ABŞ İrana döyüş təyyarələrini göndərir

İranın Səudiyyə Ərəbistanına hücuma hazırlaşdığı haqqında yayılan xəbərlərdən sonra ABŞ-ın İrana döyüş təyyarələri göndərdiyi bildirilir...

Məlumata görə, ABŞ Mərkəzi Komandanlığına İranın ballistik raketləri və PUA-larının Səudiyyə Ərəbistanındakı hədəflərə gözlənilməz hücumları barədə xəbərdarlıq edilib. ABŞ-ın hərbi hava qüvvələrini artırmaq üçün İran körfəzində yerləşən təyyarələrin İrana doğru buraxılması qərara alınıb.

Təyyarələrin göndərilməsi ABŞ və Səudiyyə Ərəbistanı arasındakı tərəfdaşlığın güclü göstəricisi kimi qəbul olunur. (The Washington Post)

pia.az