Çin orbitə rabitə peyki çıxarıb

Çinin “Çançjen-3B” raket daşıyıcısı “Cunsin-19” rabitə peykini Yerin orbitinə uğurla çıxarıb...

“Report” xəbər verir ki, bu barədə Çinin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat yayıb.

Peykin orbitə buraxılışı Siçan kosmodromundan həyata keçirilib.

CASC-ın məlumatına görə, orbitə çıxarılan qurğu yüksək siqnalötürmə sürətinə və geniş əhatə dairəsinə malikdir. O, Çinin şərqində, Cənub-Şərqi Asiyada və Sakit Okeanın əksər hissəsində istifadəçilərə bağlantı təmin edəcək.

Qurğunun təmin etdiyi rabitənin Sakit Okeanda üzən gəmilər və okean üzərində uçan təyyarələrlə daha yaxşı əlaqə qurulması üçün istifadə ediləcəyi planlaşdırılır.

pia.az