İstiqlal muzeyində səyyar fotosərgilər təşkil olundu

Azərbaycan İstiqlal muzeyində 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin ikinci ildönümü ilə əlaqədar Zəfər həftəsi (01-05.11.2022) çərçivəsində muzeydaxili və muzeydənkənar silsilə tədbirlər davam edir...

Həftə ərzində 44 günlük Vətən Müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliği məqsədi ilə ötən ildən etibarən davam edən “Qəhrəmanlar Can Verir Yurdu Yaşatmaq üçün” adlı layihə çərçivəsində səyyar fotosərgilər təşkil olundu.

312 nömrəli tam orta məktəb (02.11.2022), Bülbül adına Orta İxtisas Musiqi məktəbi (03.11.2022), 7 nömrəli tam orta məktəb (04.11.2022), 96 nömrəli tam orta məktəbdə (05.11.2022) təşkil olunan səyyar fotosərgilərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmancasına şəhid olan Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Abdurahmanov Əfqan, kapitan Əsgərov Samid, Həsənov Əsəd, polkovnik-leytenant Quliyev Rəşad, baş leytenant Qasımlı Muxtar, gizir Babayev Yaşar, İbrahimov Elnur, Rüstəmov Vüsal, kiçik çavuş Qasımov Şəhriyar, Nəsirov Elçin, Orucov Xudayət, əsgər Səlimov Şiralı, Eyvazlı Məzdək, Kəlbiyev Şaiq, Teymurlu Orxana məxsus, muzeyin fondlarında qorunub saxlanılan fotoşəkillər nümayiş olundu.Azərbaycan xalqı olaraq bizlərə bu möhtəşəm zəfər sevincini yaşadan qəhrəman şəhidlərimizi heç bir zaman unutmayacaq, onları daima fəxr və qürur hissi ilə anacağıq

##galery##

pia.az