Xaçmazda iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar...

Xaçmazda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə şəhərin H.Z.Tağıyev küçəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı avtomobil hərəkətdə olan "Mercedes" markalı avtomobilə çırpılıb.

Nəticədə Xaçmaz rayon sakinləri 2003-cü il təvəllüdlü Mirbaba Elnur oğlu Hacıyev və 2003-cü il təvəllüdlü Ramil Qərib oglu Abdullayev, eləcə də Şabran rayon sakinləri 2005-ci il təvəllüdlü Emin Muxtar oglu Şabətdinov, 2004-cü il təvəllüdlü Nihad Cavid oglu Əlimirzəyev və 2003-cü il təvəllüdlü Səbuhi İsgəndər oğlu İsgəndərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

pia.az