İranda rejim əleyhinə nümayişlər davam edir: Dünən Sistanda 16 nəfər sünni öldürülüb

Sünni əhalinin kompakt yaşadığı Sistan-Bəlucistan ostanında iğtişaşlar digər əyalətlərdən fərqli olaraq xüsusi amansızlıqla yatırılır...

İranın Sistan əyalətində dünən cümə namazından sonra baş verən hadisələrdə ən azı 16 nəfərin həyatını itirdiyi, onlarla insanın yaralandığı bildirilib.

PİA.az xəbər verir ki, cümə günü Zahidan şəhərinin sünni din xadimi İmam Molevi Əbdülhəmid, Həşd şəhərində baş verənlərlə bağlı “Telegram” hesabından verdiyi açıqlamada, “Əslində ən azı 16 nəfər həlak olub, onlarla insan yaralanıb”, deyib.

Molevi Əbdülhəmidin sözlərinə görə sünni əhalinin kompakt yaşadığı Sistan-Bəlucistan ostanında iğtişaşlar digər əyalətlərdən fərqli olaraq xüsusi amansızlıqla yatırılır:

“Bir neçə gənc Həşd mahalında dövlət obyektlərinin qarşısına toplaşaraq şüarlar və daşlar atdılar. Bunun müqabilində güllələrlə hədəfə alındılar. Sistan və Bəlucistanda etirazçılara münasibətin niyə ölkənin digər bölgələrindən fərqləndiyi və bu əyalətin etirazçılarının niyə vəhşicəsinə qətlə yetirildiyi hələ də aydın deyil”, deyə sünni din xadimi sual edib.

pia.az