Rusiyada azərbaycanlıya məxsus gecə klubunda partlayış: 15 nəfər öldü - Video

Xilasedicilər klubdan 250 nəfəri təxliyə ediblər...

Rusiyanın Kostroma şəhərindəki gecə klublarından birində baş verən yanğın nəticəsində 15 nəfər həlak olub.

Yeniavaz.com xəbər verir ki, “Poliqon” gecə klubunda baş verən güclü yanğın 3500 kvadrat metr ərazini əhatə edib. Xilasedicilər klubdan 250 nəfəri təxliyə ediblər.

Hadisə nəticəsində 15 nəfər həlak olub. Onların bəzilərinin tüstüdən boğulduğu bildirilir.

Yanğın gecə klubunun müştəriləri arasında qalmaqal düşməsi və nəticədə onlardan birinin qapalı məkanda fişəng atıb qaçması səbəbindən baş verib.

Məlumat üçün bildirək ki, “Poliqon” gecə klubunu vilayət dumasının deputatı və “Vahid Rusiya” fraksiyasının üzvü İxtiyar Mirzəyevə məxsus olduğu bildirilir. İ.Mirzəyev 2006-cı ilin dekabrından “Poliqon” MMC-nin baş direktorudur. O, 1969-cu ildə Yardımlı rayonunun Ostayır kəndində anadan olub.

pia.az