Gəncədə evdə partlayış olub, xəsarət alan var  

Faktla bağlı araşdırma aparılır...

Gəncədə evdə partlayış olub.

Oxu.Az xəbər verir ki, şəhər sakini, 1971-ci il təvəllüdlü M.Ələkbərova yaşadığı evdə qaz sobasını yandıran zaman qaz partlayışı baş verib. Nəticədə qadın bədəninin müxtəlif nahiyələrindən 1-ci və 2-ci dərəcəli termiki yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

pia.az