23 tonluq raket Yerə doğru gəlir - Hara düşəcəyi bilinmir

Çinin "Long March 5B" raketinin 23 tonluq əsas hissəsi çox yaxında planetimizə düşəcək...

Bunun gələn həftənin sonunda baş verəcəyi gözlənilir. Raketin hara düşəcəyi hələ məlum deyil.

Rusiya mətbuatı xəbər verir ki, "Long March5B" oktyabrın 31-də kosmosa buraxılıb. Rabitə vasitəsi Tianqonq kosmik stansiyası üçün yeni modulu orbitə çıxardıb.

Çox tezliklə o, Yerə qayıdacaq, lakin uçuşunu idarə etmək mümkün olmayacaq. Hansı əraziyə düşəcəyi bilinmir.

"The Aerospace Corporation"-ın ekspertlər qrupu məsələyə zarafatyana şərh veriblər: "Bu gün lotereyada qalib gəlmək şansınız bu obyektdən zərbə almaqdan daha çoxdur". (publika.az)

pia.az