Gələn ildən Rusiyada VPN-lər bloklanacaq

Yeni ildə Rusiyada VPN-lərdən istifadə mümkünsüz olacaq və VPN proqramlarından ancaq bəzi dövlət qurumları istifadə edə biləcək…

PİA.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi VPN proqramlarına olan ehtiyacı və və bu proqramların çalışma xüsusiyyətlərini araşdırmağa başlayıb. Bununla əlaqədar Nazirlik bütün dövlət qurumlarına sorğu yollayıb və tez bir zamanda bu sorğunun cavablandırılmasını istəyib.

İT mütəxəssisləri hesab edirlər ki, məlumatların toplanması VPN proqramlarının tezliklə Rusiyada bloklanması ilə bağlıdır. Bundan əvvəl də Rəqəmsal İnkişaf Nazirliyi bəzi VPN proqramları ilə məlumat toplayıb, bundan sonra isə həmin servislər Roskomnadzor tərəfindən bloklanıb.

Təsdiqlənməmiş məlumata görə gələn ildən Rusiyada VPN proqramlarından ancaq bəzi dövlət qurumları istifadə edə biləcək və bu “Dövlət xidməti” portalı vasitəsi ilə mümkün olacaq.

pia.az