“Müsəlman qardaşlar”ın lideri Londonda ölüb

“Müsəlman Qardaşlar"ın (İxvan) baş mürşid vəkili İbrahim Münir İngiltərənin paytaxtı Londonda dünyasını dəyişib...

PİA.az xəbər verir ki, 2020-ci ildə “Müsəlman qardaşlar”ıın Rəhbərlik Şurasının müvəqqəti sədri vəzifəsinə təyin olunan Münir təşkilatın Misirdən kənarda işlərini idarə edən ilk şəxs olub.

Mahmud İzzət Misirdə həbs olunduqdan iki həftə sonra İbrahim Münir vəkil vasitəsilə İxvan Rəhbərlik Şurasının sədri təyin edilib.

87 yaşlı Münirin qocalıqla bağlı səbəblərdən vəfat etdiyini qeyd edən “İxvan” bəyanatında “İbrahim Münirin vəfatına yas tuturuq. O, təşkilatın bayraq adlarından biri idi” ifadəsi işlədilib.

pia.az