MM komitə sədri:"Bakıda kənd təsərrüfatı məhsullarının qiyməti 5 dəfə bahadır"

“Bu gün kənd təsərrüfatı məhsullarının qiymətləri artmaqdadır. İnhisarçlılıq öz sözünü deyir”...

PİA.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, Energetika və Ekologiya komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.

Tahir Rzayev deyib ki, regionlarla müqayisədə Bakıda kənd təsərrüfatı məhsullarının qiyməti 5 dəfə bahadır: “Maliyyə orqanları bu sahədə fikirləşməlidirlər, çünki qiymətlərin bahalaşması həm sahibkarlara ziyandır, həm də insanların rifahını aşağı salır”.

pia.az