Simonyan Qafarova və Volodinlə birgə keçiriləcək görüşdən imtina edib

Ermənistan Milli Məclisinin sədri Alen Simaonyan Azərbaycan-Ermənistan-Rusiya parlament sədrlərinin üçtəərəfli görüşündən iştirak etməyəcək...

PİA.az erməni mətbuatına əsasən xəbər verir ki, bunu Ermənistan parlamentinin mətbuat katibi Çovinar Xaçatryan bildirib.

“Humanitar və ərzi bütövlüyü ilə bağlı məsələlər öz həllini tapmayana qədər Ermənistan Milli Məclisinin sədri Alen Simonyan Azərbaycan-Ermənistan-Rusiya parlament sədrlərinin üçtəərəfli görüşündə iştirak etməyəcək”, deyə Ermənistam parlamentinin mətbuat katibi qeyd edib.

Qeyd edək ki, Azərbaycan-Ermənistan-Rusiya parlament sədrlərinin üçtəərəfli görüşü gələn həftə üçün nəzərdə tutulur.

pia.az