Ruben Vardanyan separatçı rejimin “dövlət naziri” olub

Rusiyadan Qarabağa transfer edilən biznesmen və milyarder Ruben Vardanyanın Qarabağda “nazir” vəzifəsi “rəsmiləşib”…

PİA.az erməni mətbuatına əsasən xəbər verir ki, bu gün separatçıların lideri Araik Arutunyan əslən qarabağlı Vardanyanı “dövlət naziri” “təyin edib”.

Vardanyan bu “vəzifədə” Artak Beqleryanı əvəz edib.

Qeyd edək ki, Vardanyanın Qarabağa gəlməsində Rusiyanın gizli planın olması ilə bağlı məlumatlar var. Bəzi iddialara görə isə Kreml onu Paşinyanın yerinə hazırlayır.

pia.az