Sumqayıt teatrında səkkiz aydır maaş verilmir? - Nazirlikdən açıqlama

Sumqayıt Dövlət Dram Teatrında maaşların 8 aydır gecikməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir...

Sumqayıt Dövlət Dram Teatrında maaşların səkkiz aydır verilməməsi ilə bağlı iddialar yayılıb.

Bu barədə sosial şəbəkələrdə və bəzi kütləvi informasiya orqanlarında bununla bağlı məlumatlar paylaşılıb.

Mədəniyyət Nazirliyi yayılan məlumatlara aydınlıq gətirib. Nazirliyin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə, Sumqayıt Dövlət Dram Teatrında maaşların 8 aydır gecikməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Oktyabr ayı üçün əməkhaqqının ödənilməsində 2 gün gecikmə baş verib, 3 noyabr tarixində ödənilib. Hazırda teatrda direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti olaraq teatrın direktor müavini Vidadi Məmmədov icra edir. Direktor vəzifəsinə namizədlərlə bağlı araşdırmalar davam edir, yeni namizəd təyin olunanda mətbuata məlumat veriləcək”.

pia.az