Türkiyədə zəlzələ olub, dağıntı və xəsarət alanlar var

Hadisələr barədə ictimaiyyətə məlumat veriləcək...

Türkiyənin İzmir şəhərində iki nəfərin xəsarət alması və dağıntı ilə nəticələnən zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu tviter hesabında yazıb.

“(Yerli vaxtla-red) Saat 3:29-da İzmirin Buca rayonunda baş verən 4,9 bal gücündə zəlzələdə indiyədək heç bir insan itkisi qeydə alınmayıb”, - nazir qeyd edib. Onun sözlərinə görə, zəlzələ zamanı təlaşa düşən iki nəfər xəsarət alıb, məscidin minarəsi zədələnib.

“Hadisələr barədə ictimaiyyətə məlumat veriləcək”, - nazir sosial şəbəkə hesabında qeyd edib.

pia.az