Rusiya BMT-də qanunsuz təmsil olunur…

Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa maraqlı bəyanatla çıxış edib…

PİA.az xəbər verir ki, BMT-dəki Ukrayna nümayəndəsi Rusiyanın bu beynəlxalq təşkilatda və Təhlükəsizlik Şurasında qanunsuz təmsil olunduğunu bildirib.

Sergey Kislitsa bildirdiyinə görə SSRİ dağıldıqdan Rusiya yenidən BMT-yə qəbul edilməliydi və bu baş verməyib. Kislitsa qeyd edib ki, ərazisi, himni, bayrağı və adı dəyişən Rusiya dövlətinin BMT-yə qəbul edilməsi üçün heç bir ölkə səs verməyib.

Qeyd edək ki, Rusiya Federasiyası BMT Təhlükəsizlik Şurasında veto hüququna malik olan 5 ölkədən biridir.

pia.az