Pakistanın keçmiş baş naziri İmran Xana qarşı sui-qəsd nəticəsində bir nəfər ölüb - Yenilənib, Video

Pakistanın keçmiş Baş naziri İmran Xana atəş açan şəxs tutulub...

Pakistanın keçmiş baş naziri İmran Xana qarşı Qucranvala rayonunda sui-qəsd nəticəsində bir nəfər ölüb, 13 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Hindistanın NDTV telekanalı məlumat yayıb.

İmran Xan sağ ayağından aldığı yara ilə Lahordakı xəstəxanaya aparılıb.

Həkimlər siyasətçinin həyatına təhlükə olmadığı qənaətindədirlər.

Sui-qəsdə cəhd edən şəxs saxlanılıb, onun kimliyi açıqlanmır.

Qeyd edək ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın Baş naziri olub.

***

Pakistanın keçmiş Baş naziri İmran Xan sui-qəsd cəhdi zamanı ayağından 3-4 güllə yarası alıb.

“Report” xəbər verir ki, bu barədə onun partiyasının üzvləri bildirib.

Sabiq hökumət başçısı xəstəxanaya yerləşdirilib. Onun yarasının yüngül olduğu bildirilib.

***

APA xəbər verir ki, həmin şəxs kameralara da düşüb. Onun kimliyi barədə hələlik məlumat açıqlanmayıb.

İmran Xanın ayağından yüngül yaralandığı bildirilir.

***

Pakistanın keçmiş Baş naziri İmran Xana qarşı sui-qəsd olub.

“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə Pakistan mətbuatı yazıb.

Hadisə nəticəsində onun yaralandığı bildirilir.

Hadisənin təfərrüatı hələ ki, məlum deyil.

pia.az