Ermənistanda qısırlıq təhlükəli səviyyədədir

Ermənistanda qısırlıq yüksək səviyyədədir və böhran həddinə çatıb...

PİA.az xəbər verir ki, bu bunu Ermənistan Tibb Universitetinin rektoru Arman Muradyan deyib.

Sosial şəbəkədəki paylaşımında Muradyan qeyd edib ki, hazırda Ermənistanda qısırlıq səviyyəsi 15% təşkil edir və bu da yüksək göstəricidir. Ermənistan Tibb Universitetinin rektoru bildirib ki, Ermənistanda qısırlıq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təhlükə səviyyəsində yaxınlaşır.

“Əgər Ermənistanda qısırlıq 15%-i ötərsə, bu Ermənistan üşün ciddi tibbi-sosial problem olacaq və demoqrafiyaya təsir edərək milli təhlükəsizlik faktoruna çevriləcək”, deyə Armen Muradyan qeyd edib.

pia.az