Seçki öncəsi Demokratların baş ağrısı – İnflyasiya

ABŞ iqtisadiyyatının vəziyyəti amerikalıların ən çox diqqət göstərdiyi sahədir…

PİA.az xəbər verir ki, noyabrın 8-də keçiriləcək aralıq seçki demokratlar üçün çox ağrılı ola bilər. Buna səbə isə iqtisadiyyatdakı vəziyyətdir.

YouGov/Yahoo şirkətinin keçirdiyi rəy sorğusuma görə amerikalıların 54%-i Baydenin iqtisadi siyasətini bəyənirlər. Lakin buna baxmayaraq 57% hesab edir ki, inflyasiya ilə mübarizədə Bayden Adminstrasiyası uğursuzdur. Ancaq 17% Amerikalı hesab edir ki, Konqressə keçirilən seçkilərdən sonra bu iqtisadi kursu davam etdirmək lazımdır.

Qeyd edək ki, amerikalılar inflyasiyanın artım səviyyəsindən çox narahatdırlar. Hazırda ABŞ-da inflyasiya son 40 ilin ən yüksək səviyyəsinə çıxıb. Ərzaq 13%, benzin 18,2%, elektrik enerjisi 15,5%, qaz 33,1%, tibbi xidmətlər isə 6,5% bahalanıb.

pia.az