Mehriban Əliyeva doğum gününü uşaqlarla birgə qeyd etdi

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva doğum gününü uşaqlarla birlikdə qeyd edib
PİA.AZ AzərTac-a istinadən xəbər verir ki, avqustun 26-da “Jumeirah Bilgah Beach Hotel”də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uşaqlar üçün şənlik keçirilib. Tədbirdə uşaq evləri və internat məktəblərindən, Daun Sindromlu Şəxslərin Assosiasiyasından gəlmiş 400-ə yaxın uşaq iştirak edib.Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Arzu Əliyevanın da iştirak etdikləri tədbirdə Azərbaycanın birinci xanımı ətrafına toplaşmış uşaqların sevincini bölüşüb, onlarla səmimi söhbət edib.Tədbirdə balacalar üçün qurulan, əsl bayram ab-havası yaradan dekorasiyalar uşaqların əhval-ruhiyyəsini daha da yüksəldib. Uşaqlar müxtəlif rəqslərə qatılıb, mahnılar ifa edib, məharətlərini göstəriblər.Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva uşaqlarla birgə rəqs ediblər.Tədbirdə uşaqların istedadlarını nümayiş etdirmələri üçün xüsusi guşələr də yaradılıb.Şənlikdə uşaqlara Heydər Əliyev Fondu tərəfindən hazırlanmış hədiyyələr təqdim olunub.